AVTO

27 Oktyabr

Dünyanın ən kiçik avtomobili ən uzun yarışa qatıldı! Budur o anlar - FOTO

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən kiçik avtomobili Peel P50 maraqlı yarışa çıxıb. YouTube kanalının hazırladığı videoya görə, P50 Almaniyanın Nürburqrinq Nordschleife trekində dövrəni tamamlayaraq "gözlənilməz" rekord qırıb.

Peel P50 traktordan daha yavaş idi
"Yaşıl Cəhənnəm" olaraq da bilinən Nordschleife, 20,7 km uzunluğundakı dolama yolları ilə dünyanın ən çətin yarış yollarından biri kimi tanınır. YouTuber əfsanəvi trekdə 50 cc mühərriki ilə üç təkərli Peel P50-dən istifadə etmək qərarına gəlib.

Zamanla yarışan YouTuber bütün treki bir saatlıq icarəyə götürüb. Qırılan drossel kabelini düzəltmək üçün 20 dəqiqə itirdikdən sonra onun P50-də dövrəni tamamlamaq üçün 40 dəqiqədən az vaxtı var idi. Hər şeyə baxmayaraq, bir dövrə 25 dəqiqə 44 saniyəyə başa çatıb.

Bu dəfə faktiki olaraq rekord qırsa da, onun yalnız bir dövrə üçün olduğunu unutmaq olmaz. Buna görə Peel P50 əslində traktordan daha yavaş idi. Məsələn, 500 at gücünə malik Claas Xerion 5000 traktoru ilə əvvəlki yarış 24 dəqiqə 50 saniyəyə başa çatıb.

Digər tərəfdən, keçən il əfsanəvi avtomobilin remeyk versiyası buraxıldı. P50 Cars adlı komanda hər bir istifadəçiyə onlayn təklif etdikləri hissələrlə öz P50-ni qurmaq imkanı verdi. Avtomobilin qiyməti 7,495 funt sterlinqdən 19,995 funt sterlinqə qədər dəyişir.

Murad Abdullayev
​Fins.az