Stellantis tərəfindən edilən açıqlamaya görə, avtomobil və mobillik dünyasının ən böyük qruplarından biri olan Stellantis və Samsung SDI "StarPlus Energy" müştərək müəssisəsi çərçivəsində Kokomo İndiananın ABŞ-da ikinci batareya istehsal nöqtəsi olacağını bildiriblər.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, yeni "StarPlus Energy" qurğusunun 2027-ci ilin əvvəlində illik gücü 34 gigavatsaat (GWh) olan istehsala başlaması gözlənilir.
Birgə müəssisə şirkəti "Kokomo" və ətraf ərazilərdə 1400 yeni iş yeri yaradaraq 3,2 milyard dollardan (2,8 milyard avro) çox sərmayə qoyacaq. Hər iki obyekt üçün ümumi investisiya 6,3 milyard dollardan (5,5 milyard avro) çox olacaq və ümumilikdə 2800 yeni iş yeri təmin ediləcək. İllik istehsal gücü 33 GWh olan 2025-ci ilin birinci rübündə açılması planlaşdırılan ilk StarPlus Energy gigafactory-nin tikintisi hələ də davam edir.
Açıqlamada fikirlərinə yer verilən Stellantis Şimali Amerika COO Mark Stewart, batareya ekosistemlərinin elektrik keçid strategiyalarının əsasını təşkil etdiyini ifadə edərək deyib:
"Biz Kokomoda altıncı nəhəng fabrikimizi tərəfdaşlarımız Samsung SDI, İndiana ştatı və şirkətlərlə birlikdə qururuq. Şimali Amerika markalarımızla (BEV) təklif etdiyimiz akkumulyatorlu elektrik avtomobilləri hər kəsə təmiz, təhlükəsiz və sərfəli mobillik çatdırmaq və 2038-ci ilə qədər xalis sıfır karbon hədəfinə nail olmaq səylərimizdə mühüm rol oynayır”.
Günel Məlikzadə
Fins.az