BP Tesla-dan 100 milyon dollarlıq ultra sürətli elektrik doldurma qurğusu alacağını açıqlayıb.
Fins.az şirkətin açıqlamasına istinadən xəbər verir ki, bp-nin elektrik avtomobil əməliyyatlarından məsul şirkəti olan bp pulse, ABŞ-da elektrikli avtomobillərin enerji doldurma şəbəkəsini genişləndirmək üçün Tesla-dan ultra sürətli elektrik avtomobili doldurma qurğusu sifariş edib.
BP pulse ABŞ-ın müxtəlif ştatlarında, o cümlədən Hyuston, Feniks, Los-Anceles, Çikaqo və Vaşinqtonda quraşdırmaq üçün Tesla-dan 100 milyon dollar dəyərində ultra sürətli elektrik avtomobil doldurma qurğusu alacaq.
Beləliklə, Tesla enerji doldurma qurğuları ilk dəfə müstəqil şarj stansiyası şəbəkəsində istifadə olunacaq.
BP pulse 2024-cü ildə Tesla enerji doldurma qurğularının quraşdırılmasına başlamağı planlaşdırır.
Şirkətin paylaşdığı məlumata görə, BP pulse dünyada 27 min şarj nöqtəsi yaradıb və 2030-cu ilə qədər bu rəqəmi 100 minə çatdırmağı hədəfləyir.
Gübel Məlikzadə
Fins.az