Audi, Bugatti, Seat, Skoda və Porsche markalarının daxil olduğu VW Group ilin üçüncü rübü üzrə yekun maliyyə nəticələrini açıqlayıb.
Fins.az xəbər verir ki, qrupun keçən ilin iyul-sentyabr dövründə 4,26 milyard avro olan xüsusi maddələrdən əvvəl mənfəəti, bu ilin üçüncü rübündə 14,9% artaraq 4,9 milyard avroya yüksəlib.
Qrupun üçüncü rübdə avtomobil tədarükləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7% artaraq təxminən 2,3 milyona çatıb.
Günel Məlikzadə
Fins.az