UAW prezidenti Shawn Fain verdiyi açıqlamada "Stand Up" adlandırdıqları tətildə "böyük qələbə" qazandıqlarını açıqlayıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, tətilin nəticə verdiyini və tətilin 40-cı günündə Ford ilə "tarixi" anlaşma əldə etdiklərini ifadə edən Fain, müvəqqəti razılaşmanın qiymətləndiriləcəyini bildirib.
Fain, müvəqqəti razılaşmanın UAW Milli Ford Şurası tərəfindən səsə qoyulacağını və təsdiqlənərsə, razılaşmanın üzvlərə göndəriləcəyini bildirib.
Razılaşmanın təfərrüatlarının Facebook canlı yayımı vasitəsi ilə paylaşılacağını izah edən Fain, müvəqqəti razılaşmanın irəliləməsi üçün yerli liderlərlə regional görüşlərin keçiriləcəyini bildirib.
Fain, heç kimin mümkün olmayacağını düşündüyü qazancları əldə etdiklərini vurğuladı və Fordun tətilin başlanğıcına görə yüzdə 50 daha çox masaya qoyduğuna diqqət çəkib.
“Biz Forda dedik ki, “pullarından çıx” və onlar da bunu etdilər”. Fain, müqavilənin üç böyük avtomobil istehsalçısı və avtomobil sənayesində işləri düzəltmək üçün yeni bir yol açdığını söyləyib.
Günel Məlikzadə
Fins.az