AVTO

26 Oktyabr

Ford Otosan üçüncü rübdə 13 milyard 14 milyon TL xalis mənfəət əldə edib

Ford Otosan 2023-cü ilin üçüncü rübü üçün balans hesabatını paylaşıb.

Fins.az xəbər verir ki, 2023-cü ilin üçüncü rübündə 9 milyard 197 milyon TL olan bazar gözləntisinin 40% üzərində 13 milyard 14 milyon TL xalis mənfəət açıqlanıb.  Beləliklə, şirkətin 2023-cü ilin ilk doqquz ayında xalis mənfəəti əvvəlki ilin eyni dövrünə görə  143% artaraq 25 milyard 94 milyon TL olub.

Üçüncü rüb maliyyə göstəriciləri ilə şirkətin doqquz aylıq EBITDA marjı  11,69% , xalis mənfəət marjı  11,11% və ümumi mənfəət marjı 15,33% olub.

Günel Məlikzadə
Fins.az