AVTO

28 Oktyabr

Toyota qismən istehsala qayıdıb

Toyota-nın ehtiyat hissələri tədarükçülərindən biri olan "Chuo Spring Co" şirkətinin Aiçi əyalətindəki fabrikində baş verən partlayış yapon istehsalçısının istehsalına mənfi təsir göstərməkdə davam edir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, oktyabrın 16-da baş verən partlayışda "Chuo Spring Co" zavodunda quruducu sobalar zədələndikdən sonra Toyota-nın hissələrin tədarükündə yaranmış nasazlıq qismən aradan qaldırılıb.

"Chuo Spring Co." o, açıqlamasında Toyota-ya ehtiyat hissələri tədarükünü bərpa etdiklərini bildirib.

Toyota tərəfindən edilən açıqlamada, tədarükün bərpasından sonra Yaponiya daxilində 4 fabrikdə 5 istehsal xəttində yenidən istehsalın başladığı ifadə edilib.

Yapon avtomobil istehsalçısı partlayışdan sonra hissələrin tədarükü çatışmazlığı səbəbindən Yaponiyadakı 8 fabrikdə 13 istehsal xəttini müvəqqəti olaraq dayandırıb.

Mənfi təsirə məruz qalan istehsal xətlərinin Toyota-nın Land Cruiser və RAV4 modellərinə aid olduğu bildirilib.

Günel Məlikzadə
Fins.az