AVTO

20 Oktyabr

Aİ-də avtomobil satışları 14-cü ayda artıb

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) sentyabr ayı üçün Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ötən ay avtomobil satışlarının yarısından çoxunu təşkil edən elektrik və hibrid avtomobil satışlarının artması ilə Aİ-də yeni avtomobil satışları sentyabr ayında 9,2 faiz artıb. Beləliklə, Aİ-də ardıcıl 14-cü ay ərzində satış artımı qeydə alınıb. Tam elektrik avtomobil satışları əvvəlki ilə nisbətən 14,3 faiz, tam hibrid satışlar isə 30 faizdən çox artıb.

Məlumatlara görə, Avropa İttifaqı, Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyasında (EFTA) qeydiyyata alınan yeni avtomobillərin sayı 11,1 faiz artaraq 1,17 milyon ədəd olub.

Dizel modellərinin satışı əvvəlki illə müqayisədə 15,9 faizdən 12,5 faizə düşüb. Hələ 2015-ci ildə dizel avtomobilləri Aİ-də yeni avtomobil satışlarının 50 faizindən çoxunu təşkil edirdi.

Günel Məlikzadə
Fins.az