AVTO

19 Oktyabr

Üçüncü rübdə Tesla-nın mənfəəti 44 faiz azalıb

Tesla bu ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, şirkətin gəliri ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 23,4 milyard dollara çatıb. Tesla 2022-ci ilin üçüncü rübündə 21,5 milyard dollar gəlir əldə edib.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 44 faiz azalaraq 1,9 milyard dollara düşüb. Keçən ilin eyni dövründə Teslanın xalis mənfəəti 3,3 milyard dollar olub.

Şirkətin 2022-ci ilin üçüncü rübündə 95 sent olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 53 sentə düşüb.

Keçən ilin üçüncü rübündə  25,1% olan Teslanın ümumi mənfəət marjı, şirkətin qiymət endirimləri vasitəsilə satışları artırmaq səylərinin təsiri ilə bu ilin eyni dövründə 17,9 faizə enib.

Günel Məlikzadə
Fins.az