Ford İdarə Heyətinin sədri Bill Ford, Miçiqandakı Rouge fabrikindəki çıxışında, UAW-nin tətili davam edərkən "dönüş nöqtəsində" olduqlarını bildirib. Düzgün yolun seçilməsinin təkcə Fordun gələcəyi və rəqabət qabiliyyəti ilə bağlı olmadığını, bunun Amerika avtomobil sənayesinin gələcəyi ilə də bağlı olduğunu vurğulayıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Ford həmkarlar ittifaqı liderlərinin danışıqlarda özlərini “düşmən” elan etdiklərini ifadə edib. İşçilərini heç vaxt “düşmən” görməyəcəyini də vurğulayıb.
Ford, UAW-nin şirkətin uğuru üçün nə qədər vacib olduğunu bildiklərini və həmkarlar ittifaqı işçilərini dünyanın ən çox maaş alan istehsalat işçiləri sırasına daxil edəcək bir müqavilə təklif etdiklərini bildirib.
Buna baxmayaraq, Ford keçən həftə həmkarlar ittifaqının bir qədər də irəli getdiyini xatırladaraq şirkətin Kentukki ştatındakı yük maşını zavodunda tətil etmək qərarına gəldiyini bildirib. Sözügedən fabrikin bağlanmasının işçilər, təchizatçılar və dilerlər də daxil olmaqla on minlərlə amerikalıya zərər verəcək. Tətilin davam edəcəyi təqdirdə bunun Amerika iqtisadiyyatına böyük təsir göstərəcəyi barədə xəbərdarlıq edib.
Günel Məlikzadə
Fins.az