AVTO

16 Oktyabr

Omoda Rusiya bazarına üç yeni məhsul təqdim edəcək

2024-cü ildə “Omoda” Rusiya bazarına üç yeni məhsul təqdim etməyə hazırlaşır.

Fins.az xəbər verir ki, bu barədə Çin brendinin mətbuat xidməti məlumat yayıb.

Gələn ilin birinci rübündə Rusiyada “Omoda” E5 elektrik krossoverinin satışına başlanacaq. Oktyabr ayında model Qətərdə keçirilən Cenevrə avtosalonunda təqdim olunub. Krossover 204 at gücüə malik olan elektrik mühərriki ilə təchiz edilib.

Digər yeni məhsullar restaylinq edilmiş C5 krossoveri, həmçinin C7 modeli olacaq, Bu modellər haqqında isə hələ ki, heç bir məlumat yoxdur.

Qeyd edək ki, “Omoda” Rusiya bazarına 2022-ci ilin oktyabrında çıxıb və ilk ildə 30 mindən çox avtomobil satıb.

Məhəbbət Məmmədov
Fins.az