"Tesla Inc" elektrikli avtomobilin qeyri-ənənəvi dizaynını uyğunlaşdırmaq üçün işləyən Finlandiyalı təchizatçı Outokumpu Oyj-dan yeni Cybertruck-un xarici görünüşü üçün bəzi paslanmayan polad panellər alır.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, materiallar Teslanın Ostindəki montaj zavoduna göndəriləcək. Bunun Outokumpu üçün böyük bir məhsul dəyişikliyinə işarə edəcəyini söylənib. Helsinkidə yerləşən şirkət Avropanın ən böyük paslanmayan polad istehsalçısıdır və egzoz sistemləri üzərində avtomobil istehsalçıları ilə işləməsi ilə tanınır.
Günel Məlikzadə
Fins.az