AVTO

28 Sentyabr

"Volkswagen" sistem nasazlığı səbəbindən istehsalı dayandırıb

Volkswagen-in Volfsburqdakı baş ofisində “kompüter sistemi şəbəkəsində” nasazlıq aşkar edilib.

Fins.az xarci mənbəyə istinadən xəbər verir ki, şəbəkənin kəsilməsi günortadan bəri davam edərkən, şirkətin Almaniyadakı 4 avtomobil fabrikində istehsal dayandırılıb.

Wolfsburg, Emden, Zwickau və Osnabrück Kassel, Braunschweig və Salzgitterdəki ehtiyat hissələri fabrikləri də sözügedən kompüter sistemindəki nasazlıqdan təsirlənib.

Şirkət sözçüsü, sözügedən sistem nasazlığından "Volkswagen Qrupunun" "Porsche" və "Audi" markalarının da təsirləndiyini və nasazlığın mənbəyini araşdırmaq üçün böhran masası yaradıldığını bildirib.

Mətbuat katibi kiberhücum ehtimalını da istisna olduğunu bildirib.

Günel Məlikzadə
Fins.az