AVTO

05 Sentyabr

Bu marka avtomobil istehsalını dayandırır

“Seat” şirkəti avtomobil istehsalını dayandıracaq.

Fins.az xarici mediaya istinadla bildirir ki, “Seat”ın daxil olduğu “Volkswagen” qrupunun rəhbəri Tomas Şefer verdiyi müsahibədə tezliklə İspaniya avtomobil markası ilə vidalaşacağını açıqlayıb. Onun sözlərinə görə, mövcud modellərin istismarı başa çatdıqda o, mövcudluğunu dayandıracaq.

“Seat”ın gələcəyi ilə bağlı suala cavab olaraq Tomas Şefer cavab verib ki, onun yerini törəmə şirkəti, Avropanın ən dinamik inkişaf edən avtomobil markası olan “Cupra” tutacaq. “Volkswagen” qrupunun “Cupra” üçün böyük planları var ki, bu da satışların daha da artmasına ciddi investisiyalar deməkdir. Beləliklə, “ Seat” hazırkı modellərini vaxtından əvvəl itirə bilər: 2024-cü il yeniləməsindən sonra “Leon” hetçbeki və universalı tamamilə “Cupra” markasının altına düşə bilər.

“Seat” 1950-ci ildə qurulub və avtomobil istehsalına 1953-cü ildə, orta ölçülü arxa ötürücülü sedan olan 1400-ün ilk nüsxəsi konveyerdən çıxanda başlayıb. 1986-cı ildə İspaniya hökuməti markanı Almaniyanın “Volkswagen” qrup konserninə satıb.