AVTO

04 Sentyabr

Ən çox ixracatı avtomobil sənayesi həyata keçirib

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, ötən ay ən çox ixracat reallaşdıran sektor avtomobil sənayesi olub.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ötən ay 2 milyard 738 milyon dollarlıq ixracat əldə edən avtomobil sənayesini 2 milyard 665 milyon dollarla kimya və məmulatları, 1 milyard 674 milyon dollarla hazır geyim və konfeksiyon məhsulları izlədi.

Avqustda 1472 şirkət ilk dəfə ixrac edib.

Avqust ayında ixracatda ən yüksək artım 293,3 % ilə gəmi, yaxta və xidmət sahələrində qeydə alınıb.

Türkiyənin ötən ay cəmi ixracatının 81,9 %-ni reallaşdıran sənaye qrupunda ixracat 0,3%  azalaraq 15 milyard 204 milyon dollar oldu. Qeyd olunan dövrdə ümumi ixracın 15,4 %-ni təşkil edən kənd təsərrüfatı qrupunda ixrac 3,4 % artaraq 2 milyard 854 milyon dollar,  ümumi ixracatda 2,7% paya sahib mədənçıxarma qrupunda isə 16,2 % azalaraq 496 milyon 750 min dollar olub.

Ən çox ixrac Almaniyaya edilib

Avqust ayında ən çox ixracat edən ölkələr 1 milyard 511 milyon dollarla Almaniya, 1 milyard 99 milyon dollarla ABŞ və 980 milyon 26 min dollarla Böyük Britaniya olub.

İllər əsasında ən çox xarici satışlar 7 milyard 951 milyon dollarla İstanbul, 1 milyard 492 milyon dollarla Kocaeli və 1 milyard 363 milyon dollarla Bursa oldu.

Zəminə Hüseyn
Fins.az