Yaponiyada "Toyota Motor" avtomobil şirkətinin 14 zavodundan 12-nin işi nasazlıq səbəbindən dayandırılıb.
Fins.az xəbər verir ki, hazırda yalnız iki müəssisə fəaliyyətini davam etdirir - Fukuoka və Kioto prefekturalarında.
Hadisənin dəqiq səbəbləri barədə məlumat verilmir, lakin söhbət sistem nasazlığından gedir.
Zavodların işinin bərpasının vaxtı hələlik məlum deyil.