Koreyanın avtomobil istehsalçısı “Kia Corporation” Qazaxıstanda komponentlərin istehsalı üzrə fabrik tikəcək və 90 milyard təngə (195.3 milyon dollar) sərmayə qoyacaq.
Fins.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qazaxıstan Hökuməti və “Kia Corporation” Qazaxıstanda “Kia Qazaqstan” birgə müəssisəsinin yaradılması üçün təsis sənədlərini imzalayıblar. Kostanayda tikiləcək yeni “Kia” zavodu ölkədə avtomobil sənayesi üçün ilk yerliləşdirmə mərkəzinin yaranmasına və yeni formatlı texniki mütəxəssislərin hazırlanmasına nəzarət edəcək.