AVTO

24 Avqust

Forddan 900 milyon dollarlıq investisiya

Ford, Cənubi Koreyalı tərəfdaşları EcoProBM və SK On ilə birlikdə Kanadada dəyəri 1,2 milyard Kanada dolları (900 milyon dollar) olan katod istehsalı obyekti inşa edəcəyini açıqlayıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın Kvebek əyalətində, Monreal və Kvebek şəhərləri arasında yerləşən Becancourdakı obyekt Fordun gələcək elektrik avtomobilləri üçün akkumulyator materiallarının tədarükü üçün istifadə olunacaq.

Bu avtomobillər arasında gələcəkdə istehsal olunacaq elektriklə işləyən pikap modelləri də var.

Bu fabrik Fordun Kvebekdəki ilk sərmayəsi olacaq və istehsalına 2026-cı ilin birinci yarısında başlaması planlaşdırılır. Onun illik gücü təxminən 45.000 ton katod aktiv material (KAM) olacağı gözlənilir.

Zəminə Hüseyn
Fins.az