AVTO

23 Avqust

2023-cü ildə Avropada ən çox satılan kabriolet modeli hansıdır?

Volkswagen-in modellərindən biri olan T-Roc Cabriolet Avropada ən çox satılan kabriolet modeli oldu. 

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, ilin ilk yeddi ayında cəmi 8732 ədəd T-Roc kabriolet satılıb.

Ötən illə müqayisədə satışlarını təxminən 10 % artıran model öz seqmentində ən uğurlu modeldir.

İkinci sırada olan Mazda MX-5-in satışını demək olar ki, iki dəfə artırıb. Ötən ilə nisbətən satışlarında 53,9 % artım göstərən model cəmi 4570 satışa nail olub. 

Zəminə Hüseyn
Fins.az