AVTO

22 Avqust

İkinci nəsil Mercedes-AMG GT Coupe rəsmi olaraq təqdim olundu

Mercedes-AMG GT kupesi iki illik fasilədən sonra yenidən model çeşidə qayıdır. Xatırladaq ki, əvvəlki modelin istehsalı 2021-ci ilin sonunda dayandırılmışdı. İlk baxışdan qarşımızda restaylinq keçmiş kupenin dayandığını hesab etmək olar: superkarın həm xarakterik dizaynı, həm də nisbətləri qorunub saxlanılıb. Amma əslində ikinci nəsil AMG GT superkarı tamamilə fərqli dizayna sahibdir. Faktiki olaraq, yeni sportkar cari Mercedes-AMG SL kabrioletinin sadəcə bağlı versiyasıdır!

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, əgər yeni modeli əvvəlki AMG GT ilə müqayisə etsək, yeniliyin fərqli aqreqat quruluşuna keçdiyini görmək mümkündür. Arxa oxda quraşdırılan ötürmələr qutusu olan Transaxle sxemindən imtina edilib: yeni kupe ənənəvi sxemə - mühərrikin arxasında yerləşən transmissiya quruluşuna malikdir. Birincisi, bu, nəhayət, tam ötürmə sistemini (əvvəlki AMG GT qəti şəkildə arxa ötürməli idi) tətbiq etməyə imkan verib, ikincisi, arxa oxun üstündəki boş yer və artan təkər bazası (2630 əvəzinə 2700 millimetr) kupeni daha əlverişli edib.

Yeni Mercedes-AMG GT bu ilin sonuna kimi satışa çıxmalıdır. O, qohumç SL kabrioletindən daha baha olacaq. Qiymətlər hələlik açıqlanmayıb, lakin hazırda Mercedes-AMG SL 55 kabrioletinin Almaniyadakı satış qiyməti 167 min avrodan başlayır.