Rolls-Royce-un Coachbuild bölməsi Monterey Avtomobil Həftəsində özünün yeni şah əsəri, yüksək eksklüziv Droptail-i təqdim etdi.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, dünyada cəmi dörd ədədlə məhdudlaşan "La Rose Noire" adlı Droptail avtomobillərinin ilk nümunəsi təqdim olunub.
Bu xüsusi avtomobilin ən diqqət çəkən xüsusiyyəti onun salonudur. Lüks avtomobil istehsalçısı tarixində yaratdığı ən möhtəşəm parket naxışı ilə diqqət çəkir. Eyni zamanda, brend müasir tarixində ilk dəfə olaraq rodster kuzov tipinin müasir şərhini təqdim edir.
İnteryerdə təfərrüatlı ağac işləri cəmi 1603 qara taxta üçbucağın birləşməsindən formalaşıb. Əl işi taxta parça, demək olar ki, iki illik mükəmməllikdən sonra avtomobilin metal daxili və xarici hissəsinə diqqətlə inteqrasiya edilib.
Zəminə Hüseyn
Fins.az