Elektrikləşdirmə Lamborghini şirkətindən də yan keçməyib.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, İtalyan istehsalçısı 2024-cü ilin sonuna qədər tamamilə təkrar doldurulan hibridlərin istehsalına keçəcək.
Flaqman Revuelto superkarı artıq hazırdır, kiçik Huracan modelinin varisi və Urus krossoverinin hibrid versiyası il ərzində hazır olmalıdır.
Planda elektromobillər də var, lakin Lamborghini hələlik ənənəvi modellərini tamamilə elektrikləşdirməyə hazır deyil. Çeşiddə peyda olacaq dördüncü avtomobil məhz bunun üçün nəzərdə tutulub. İndi isə belə elektromobilin ilk prototipi hazırdır - Lamborghini Lanzador!