AVTO

18 Avqust

Acura-nın yeni elektrik ZDX rəsmi olaraq təqdim edildi

ZDX təkcə Acura brendinin kütləvi istehsal olunan ilk elektrik modeli deyil, həm də yapon brendinin tarixindəki ən güclü krossoverdir.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, ZDX modelinin təqdimatı Monterey Avtomobil Həftəsində baş tutub və elektromobil gələn ilin əvvəlində Amerikakı diler salonlarında nümayiş etdiriləcəkdir. İlkin məlumatlara görə, modelin qiyməti 60 - 70 min dollar arasında olacaq.

ZDX keçən ilki Precision EV konseptinin seriya təcəssümüdür və onun adı yapon markasının yaxın keçmişindən götürülüb: bu ad altında 2009-2013-cü illərdə V6 mühərriki ilə hərəkətə gələn kross-kupe istehsal edilib.

Model üçün 20 və ya 22 düymlük disklər, Panasonic şirkətinin ənənəvi ELS səs sisteminin əvəzinə 18 dinamikli Bang Olufsen səs sistemi və müxtəlif Google xidmətləri: Google Assistant, Google Maps və digərləri bəyan edilib. Salonda 11 düymlük virtual cihazlar paneli, mərkəzdə isə multimedia sisteminin 11,3 düymlük ekranı var.