2022-ci ildə dünyanın ən çox satılan elektrikli avtomobil markası ünvanına sahib olan BYD (Build Your Dreams), bu uğurunu 2023-cü ilin ilk yarısında da qoruyaraq adından söz etdirməyə davam etdi.
Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ALJ Türkiyə distribütorluğu ilə bazara girəcək BYD bu ilin son rübündə elektrik modellərinin satışına başlayacaq.
Bu yaxınlarda qrupdan 5 milyonuncu yeni enerji vasitəsini (NEV) yükləyən BYD, dünyada bu rəqəmə çatan ilk istehsalçı olmaqla daha bir mühüm mərhələyə çatıb.
Zəminə Hüseyn
Fins.az