Aston Martin özünün ən xüsusi modellərindən biri olan DB12-yə xüsusi diqqət yetirməyə davam edir.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Aston Martin DB12 Volante-ni ilin üçüncü rübündə istehsala buraxacaq.
Çatdırılmaların son rübdə başlanacağı gözlənilir. Damın açılması 14 saniyə, bağlanması isə 16 saniyə çəkir.
Britaniya istehsalçısı modeli standart olaraq qara parça damlı variantda satacaq. Amma daha çox istəyən müştərilər üçün heç bir məhdudiyyət yoxdur. Bədən rəngindən tutmuş parça damının rənginə qədər bir çox detalları dəyişmək imkanınız olacaq.
Zəminə Hüseyn
Fins.az