2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana ümumilikdə 900 milyon 590.16 min dollar dəyərində 56 766 ədəd avtomobil idxal olunub.
Fins.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 37.2% və ya 15 404 ədəd artıb.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə və ya 1306 ədəd avtomobil artıb.