AVTO

15 Avqust

Audi Böyük Britaniyada S4 və S5 modellərini satmayacaq

Audi,  Böyük Britaniyada S4 və S5 modellərinin istehsalını dayandırdığını açıqladı.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Alman istehsalçısı mövcud sifarişləri qarşılamaq üçün bu addımı atdığını bildirsə də, modellərin yenidən nə vaxt satışa çıxarılacağı ilə bağlı heç bir məlumat verməyib.

Hər iki model 2024-cü ildə yeni nəsil A4 və A5 seriyaları ilə əvəz olunacaq. Yeni modellərin prototipləri bu yaxınlarda sınaqdan keçirilir.

2023-cü ilin yanvar-iyun aylarında Audi Böyük Britaniyada cəmi 198 S4 və S4 Avant və 178 S5 Coupé və S5 Sportback modelləri satıb. 

Zəminə Hüseyn
Fins.az