AVTO

14 Avqust

Maserati ilin birinci yarısında 42 % artıb

Türkiyə Maserati-nin ən sürətlə inkişaf edən bölgələrindən birinə çevrilib.

Fins.az xəbər verir ki, İtalyan lüks sport avtomobil istehsalçısı Maserati, 2022-ci ilin birinci yarısı ilə müqayisədə 2023-cü ilin ilk altı ayında 42 % qlobal artım qeyd edib.

Maserati-nin bütün böyük bazarlarda satışları artdığı müddətdə, keçən ilin iyul ayında Türkiyə yolları ilə qarşılaşan markanın Luxury Medium SUV sinfində təmsilçisi "Grecale"-nin uğurlu performansı ön plana çıxıb. Maserati-nin ikonik modeli və yeni nəsil "GranTurismo" da brendin uğurunda mühüm rol oynayıb.

İtalyan sport avtomobil ənənəsini dizayn, rahatlıq və zəriflik baxımından yenidən müəyyənləşdirən lüks sport avtomobil istehsalçısı Maserati, flaqman Quattroporte, sport sedanı Ghibli, D-UV modeli Levante, gündəlik istifadə edilən SUV Grecale, ikonik model GranTurismo və super sportkar MC20 avtomobil həvəskarları ilə görüşür.

2023-cü ilin ilk yarısını uğurlu iş nəticələri ilə tamamlayan brend, ilin son rübündə yeni "GranTurismo" və Grecale-nin tamamilə elektriklə işləyən "Folgore" versiyalarını təqdim edərək yüksəlişini davam etdirməyi hədəfləyir.

Leyla Fikrətqızı
Fins.az