AVTO

11 Avqust

Hyundai-dən akkumulyatorun qiymətini azaltmaq üçün 23 milyon dollar investisiya

"Hyundai Motor Group" və Seul Milli Universitetinin (SNU) Ortaq Batareya Tədqiqat Mərkəzi, Hyundai-nin bu sahədə qlobal liderlik məqsədinə çatmaqla yanaşı, elektrikli avtomobillərdə akkumulyator texnologiyalarını inkişaf etdirmək məqsədi daşıyır.

"Hyundai Motor Group" 2030-cu ilə qədər 30 milyard KRW-dən (23 milyon ABŞ dolları) çox sərmayə qoyacaq. Bu investisiya büdcəsi mərkəzin yaradılmasına və eksperimental avadanlıqların alınmasına sərf olunacaq.

Bundan əlavə, "Hyundai Motor Group" 2030-cu ilə qədər 3,64 milyon EV istehsal etməyi hədəfləyir, eyni zamanda mərkəz tərəfindən hazırlanmış bu bərk akkumulyatorlar yeni nəsil elektrik avtomobillərində istifadə olunacaq.

Onu da qeyd edək ki, akkumulyatorların qiymətində azalma olacaq.

Beləliklə, 2026-cı ildə 75 % , 2030-cu ildə isə 45 % azalma hədəflənir. 2025-ci ildən etibarən Hyundai akkumulyator şirkətləri ilə birgə hazırladığı litium ferrofosfat (LFP) akkumulyatorlarını ilk dəfə olaraq yeni nəsil elektrik avtomobillərinə tətbiq edəcək.

Leyla Fikrətqızı
Fins.az