AVTO

08 Avqust

Peugeot Türkiyədən iyul rekordu

Peugeot Türkiyə keçən ay 8148 avtomobil satıb. Bu rəqəm iyul ayında markanın Türkiyədəki ən yüksək satışı olaraq qeyd edildi.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, Peugeot Türkiyə iyul ayında 8148 ədəd satışı ilə ümumi bazarda 7,2 % pay aldı.

İyul ayında Peugeot-nun minik avtomobilləri bazarında üçüncü, yüngül kommersiya avtomobilləri bazarında isə idxal markaları arasında birinci yerdə olduğu bildirilmişdi.

İlin ilk 7 ayında Peugeot Türkiyənin 49.404 satışla  7,3 % bazar payına çatdığı və ümumi bazarda beşinci yeri tutduğu qeyd edilib.

İlin ilk 7 ayında Peugeot Türkiyə 37.385 ədəd satış və  7,2 % bazar payı ilə minik avtomobillərində beşinci yerini qoruyub, yüngül ticari avtomobillərdə isə böyüməsini davam etdirib.

Leyla Fikrətqızı
Fins.az