AVTO

08 Avqust

Türkiyədə MG ən çox elektrikli avtomobil satıb

İngilis avtomobil markası MG həm iyul, həm də ilk 7 aylıq satış rəqəmləri ilə Türkiyə elektrikli avtomobil bazarında birinci yeri tutub. İyul ayında 758, ilk 7 ayda isə 1697 ədəd elektrikli avtomobil satan MG Türkiyə, 7 aylıq dövrdə satılan hər 3 avtomobildən biri (%33,31) elektriklə işləyən avtomobillərdən ibarət olub.

Fins.az xəbər verir ki, Doğan Trend Avtomobil Markaları baş direktorunun müavini Tibet Soysal, 2023-cü ilin ilk 7 ayında təchizat problemlərini aradan qaldırdıqlarını və keçən ilin cəmindən 3 dəfə çox avtomobil satdıqlarını deyib.

Soysal, “İlin 7 aylıq dövründə cəmi 5 min 94 ədəd satışa çatdıq. MG brendi olaraq biz elektrik avtomobillərində bir çox ilklərə imza atmışıq və bazarın pioneri olmağı bacarmışıq. İyul ayı ilə biz nailiyyətlərimizə elektrikli avtomobil bazarında liderliyi əlavə etməkdən qürur duyuruq. Türkiyə daxilində diler investisiyalarımız davam edir."

Leyla Fikrətqızı
Fins.az