AVTO

03 Avqust

Yeni Toyota Land Cruiser 250

Toyota, ikonik Land Cruiser seriyasının yeni üzvü olan 2024 Toyota Land Cruiser 250-ni təqdim edib. 

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa, Yaxın Şərq və Şərqi Avropa regionlarına görə Land Cruiser "250" fərqli güc aqreqatı variantları ilə təklif olunacaq.

Şimali Amerika və Çin versiyalarında təqdim olunan 2,4 litrlik turbomühərrik və elektrik mühərriki kombinasiyası cəmi 326 at qüvvəsi və 630 Nm fırlanma anı hasil edir. 

Toyota Land Cruiser 250 2024-cü ilin oktyabrında satışa çıxarılacaq və məhdud buraxılışlı təxminən 3000 ədədlə məhdudlaşdırılacaq. 

Zəminə Hüseyn
Fins.az