AVTO

02 Avqust

Volkswagen-in yeni modellərinin adları ortaya çıxıb

Avtomobil nəhəngi Volkswagen Almaniya Patent və Əmtəə Nişanları Ofisinə yeni ticarət nişanı qeydiyyatı üçün bir neçə müraciət edib. Şirkət gələcək modelləri adlandırmaq üçün istifadə edə biləcək cəmi altı ticarət nişanı müraciəti aşkar edilmişdir.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Volkswagen-in qeydiyyat üçün müraciət etdiyi ticarət nişanları Tivas, Tyber, Therion, Teria, Tarokko və Taroko kimi qeyd olunub. 

Qeyd etmək lazımdır ki, Alman markasının bütün krossoverləri və yolsuzluq avtomobilləri T hərfi ilə başlayan adlara malikdir. Teramont, Tiguan, Touareg, Taos, Tavendor, T-Cross və Tharu kimi. Tivas, Tyber, Therion və Teria modellərinin necə olacağını və bazarda olub-olmayacağı bilinmir.

Zəminə Hüseyn
Fins.az