AVTO

02 Avqust

BMW 6 Series GT-nin istehsalı dayandırıla bilər

Alman avtomobil istehsalçısı BMW 6 Series Gran Turismo modelini dayandırmaq qərarına gələ bilər.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, 2017-ci ildə satışa çıxarılan model Münhendə yerləşən şirkət üçün gözlənilən bazar uğurunu əldə edə bilmədi. Xüsusilə Almaniyada satışlar kifayət qədər aşağı səviyyədə qaldı.

Keçən il cəmi 509 ədəd satıldığı halda, 2022-ci ildə eyni platforma və mühərrikləri paylaşan 5 Series ailəsi aylıq olaraq dörd rəqəmli satış rəqəmlərinə çatmağı bacardı. 2023-cü ilin yarısında 6 Series Gran Turismo cəmi 237 tədarüklə ölkədə ən az satılan BMW modeli oldu.

Şirkət rəhbərləri bildirirlər ki, aşağı tələb və satış rəqəmləri 6 Series GT-nin bazarda uğursuzluğuna işarə edir. Bu səbəbdən, BimmerToday-dəki xəbərlərə görə, BMW 2024-cü il üçün 6 Series GT-ni məhsul çeşidindən çıxaracaq.

Zəminə Hüseyn
Fins.az