2024-cü ildə hər modeldə elektrik versiyalarını təqdim etməyi planlaşdıran Opel-in son addımlarından biri də yeni Crossland olacaq.
Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxın aylarda rəsmi təqdimatı planlaşdırılan yeni Opel Crossland - onun bu adla keçib-keçməyəcəyi bəlli deyil - sınaqdan keçirilərkən ilk dəfə kameralar tərəfindən görüntülənib.
Avtomobilin üzərində kamuflyaj olsa da, onun dizaynındakı dəyişikliklər və ölçülərinin böyüdülməsi ilk baxışdan diqqəti çəkir.
Zəminə Hüseyn
Fins.az