AVTO

31 İyul

Toyota ilk 6 ayda qlobal satışlarını 5,1 % artırıb

"Toyota"nın açıqladığı məlumatlara görə, şirkət ilk 6 ayda 4 milyon 937 min avtomobil satıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Toyota" bu ilin ilk 6 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 5,1 % daha çox avtomobil satıb.

"Toyota"nın Yaponiyadakı satışları 33 % artaraq 878 min ədəd olub. Amerikada 1,2 milyondan çox satışa nail olan "Toyota", Asiyada da təxminən 1,5 milyon avtomobil satıb. Avropada da satışlarını artıran "Toyota" bu dövrdə 570 mindən çox avtomobil satışına nail olub.

Zəminə Hüseyn
Fins.az