AVTO

28 İyul

Yeni Land Cruiser-in şəkilləri gəlməyə davam edir

Gözlənildiyi kimi, əfsanəvi ofrouderin yeni nəsli klassik modellərin üslubunda hazırlanıb. Yapon brendinin fotoqrafı kult avtomobilləri ilə paralellər aparmaq üçün, yeni modelin yanında ötən əsrin 80-ci illərində istehsal olunmuş Land Cruiser avtomobilini yerləşdirib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, yeni Prado moddelinin rəsmi təqdimat tarixi avqustun 2-si olacaq.

Yayımlanan şəkildə gələcək Prado yapon şirkətinin 1990-cı ilə qədər buraxdığı Toyota Land Cruiser FJ62 ofrouderinin fonunda təsvir edilib. Elə fənd klassik ofrouder ilə paralellər aparmağa imkan verir.

Şəkildən göründüyü kimi, modelin yeni nəsli düzbucaqlı ön fənərlər, həmçinin böyük Toyota yazısı olan nəhəng radiator barmaqlığı ilə təchiz edilib. Bənzər üslubdan keçmiş illərin ofrouderlərində istifadə olunub.

Bundan əlavə, şəkildə ön bamperin yan tərəfini və relyefli kapotu görmək olar. Yeni nəsil Land Cruiser Prado modeli yeni Lexus GX ilə eyni platformada inşa edilib. Eyni zamanda, avtomobilin mühərrik çeşidində yalnız dördsilindrli mühərriklər olacaqdır. İyulun ortalarında yeni Land Cruiser Prado modelinin Çində buraxılacağı məlum olub. Əfsanəvi ofrouderin yığılması FAW-Toyota birgə müəssisəsində lokallaşdırılacaqdır.