Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Volkswagen, Çinin elektrik avtomobil istehsalçısı XPeng-ə 700 milyon dollar sərmayə qoymağı planlaşdırdığını açıqladı.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Çin bazarında gücünü artırmağı hədəfləyən Alman avtomobil nəhəngi Xpeng-in səhmlərinin 4,99 faizini alacaq.
Müqaviləyə əsasən, VW və XPeng Çin bazarı üçün VW brendi altında elektrik avtomobilləri istehsal edəcək.
Çinin elektrikli avtomobil istehsalçısı Xpeng-ə təxminən 700 milyon dollar sərmayə qoyacağını açıqlayan Volkswagen Qrup, bu müqavilə ilə VW Çin avtomobil bazarında bazar payını artırmağı hədəfləyir.
Yeni elektrikli avtomobillər VW-nin Çinin Hefei şəhərindəki yeni inkişaf, innovasiya və təchizat mərkəzində istehsal olunacaq və avtomobillər Çində Volkswagen brendi altında satılacaq. Modellərin istehsalına 2026-cı ildə başlanacağı gözlənilir. VW, bu avtomobillərdə avtonom idarəetmə üçün Xpeng tərəfindən hazırlanmış proqram təminatından istifadə edəcəyini açıqladı.
Zəminə Hüseyn
Fins.az