AVTO

27 İyul

Chery TIGGO Türkiyədə ən çox satılan dördüncü avtomobildir

Çinin ən böyük avtomobil ixracatçısı olan Chery-nin C-SUV Chery TIGGO 7 PRO model avtomobili Türkiyədə iyun ayında öz seqmentində ən çox satılan dördüncü avtomobil oldu.

Fins.az "Dünya Gazetesi"ne istinadən xəbər verir ki, Çinin ən böyük avtomobil ixracatçısı Chery uzun müddətdir ki, qlobal miqyasda avtomobil istifadəçilərinə yüksək texnologiyalı və yüksək səviyyəli məhsullar təqdim edir.

Bu modellərdən biri olan C-SUV Chery TIGGO 7 PRO Türkiyə bazarında üstün smart texnologiyası və zəngin avadanlıqları sayəsində qısa müddətdə müştərilərin diqqətini və təqdirini qazanmağı bacarıb.

TIGGO 7 PRO iyun ayında 1419 ədəd satışla C-SUV seqmentində dördüncü yeri tutub və C-SUV seqmentinin lideri olmaq yolunda mühüm bir addım atıb.

Satışa çıxarıldığı gündən 4 ay ərzində bu satış rəqəminə çatan Chery məhsul ailəsinin rəqiblərindən üstün xüsusiyyətləri ilə fərqləndiyi bildirilir.

Zəminə Hüseyn
Fins.az