Tesla hər gün qiymətlərini artırır. İlkin mərhələdə 35.000 dollara satışa çıxarılan Model 3-ün indiki qiyməti öz ölkəsində 40.240 dollara qədərdir. Lakin Tesla bu qiymət miqyasını xeyli aşağı salmaq istəyir.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, hər kəs üçün əlçatan elektrik avtomobilləri istehsal etmək istəyən Tesla bu istəyini Hindistanda reallaşdıra bilər.
Qiymətinin 24 min dollar olacağı gözlənilən bu model Hindistandan başqa ölkələrə də ixrac ediləcək.
Zəminə Hüseyn
Fins.az