AVTO

24 İyul

Bu il BMW tədarüklərinin 15%-ni elektrikli avtomobillərdən etməyi hədəfləyir

Münhendə yerləşən BMW avtomobil konserninin istehsalat rəhbəri Milan Nedeljkoviçin sözlərinə görə, Avropada elektrikli avtomobillərə tələb gözlənildiyindən daha çox artır.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, bu artım BMW-yə müsbət maliyyə təsir göstərir və BMW-nin ən böyük və ən mühüm bazarı olan Çində sifarişlərin azalmasını kompensasiya edir.

İyun ayında Avropa minik avtomobillərinin satışında ardıcıl 11-ci il artım yaşadı. Elektrikli avtomobil sifarişləri 55% artımla bu artımın əhəmiyyətli hissəsini təşkil edib. Bu, Avropa İttifaqında ilk dəfə dizel avtomobillərinin satışını ötüb.

BMW bu il tədarüklərinin 15%-ni elektrikli avtomobillərdən etməyi hədəfləyir və 2030-cu ilə qədər tamamilə elektrikli modellərin ümumi satışların yarısını təşkil edəcəyini gözləyir.

Zəminə Hüseyn
Fins.az