"AvtoVAZ” Rusiyada 79,5 min avtomobili geri çağırıb.
Fins.az xəbər verir ki, bu barədə Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi - Rosstandart məlumat yayıb.
Söhbət “Lada”nın 2022-2023-cü illərdə buraxılmış “Granta” modellərindən, həmçinin “Niva Legend” və “Niva Travel” yolsuzluq avtomobillərindən gedir.
Nəqliyyat vasitələrinin geri çağırılma səbəbi “ERA-GLONASS” fövqəladə xəbərdarlıq sistemi üçün idarəetmə blokunun olmamasıdır. Bütün avtomobillərdə “ERA-GLONASS” fövqəladə xəbərdarlıq sistemi idarəetmə bloku quraşdırılacaq.