Tesla bu ilin ikinci rübü üçün balans hesabatını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla-nın gəliri bu ilin ikinci rübündə illik müqayisədə 47 %, xalis mənfəəti isə 20 % artıb.
Müvafiq olaraq, şirkətin gəliri artaraq 24,9 milyard dollara çatıb. Tesla 2022-ci ilin ikinci rübündə 16,9 milyard dollar gəlir əldə edib.
Elektrik avtomobil istehsalçısının xalis mənfəəti də artaraq 2,7 milyard dollara çatıb. Keçən ilin eyni dövründə Tesla-nın xalis mənfəəti 2,3 milyard dollar olub.
Zəminə Hüseyn
Fins.az