AVTO

19 İyul

Avropada avtomobil satışları artır

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, yeni nəqliyyat vasitələrinin qeydiyyatı 19 % artaraq 1,27 milyon ədədə çatıb. 

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, elektrikli avtomobillərin satışları 55% artarkən, dizel avtomobillərin tədarükü 10% azalıb.

Beləliklə, avtomobil satışlarında artım silsiləsi 11-ci aya çatıb.

Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada alıcılar iyun ayında 52 988 elektrikli avtomobil alıblar. Bu rəqəm bir keçən ilin eyni dövrü ilə müqayisədə 64% artım göstərsə də, Avropada ən yüksək rəqəm olaraq qeyd edildi.

Elektrikli avtomobillərin böyüməsinə 33 min 280 satışla Fransa da qatqı təmin edərkən, Hollandiyada 13 min 892 elektrikli vasitə satışı oldu.

Bütün yanacaq növləri daxil olmaqla, Volkswagen AG keçən illə müqayisədə 27 % artaraq 325.612 tədarük edib və regionda ən çox minik avtomobili satan şirkət olub.

Almaniyadakı fabrikində istehsal gücünü artırmağı planlaşdıran Tesla Inc. 47 606 avtomobil satmaqla o, yerli Fiat və Citroën markalarını geridə qoyub, bir il əvvəllə müqayisədə satışlarını iki dəfədən çox artırıb.

Zəminə Hüseyn
Fins.az