Yeni GLC ailəsinin təqdimatından sonra Mercedes modellərin performans versiyalarını da təqdim edir.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, alman istehsalçısı rəsmi olaraq Mercedes-AMG GLC43 və Mercedes-AMG GLC63 S E Performance modellərini təqdim etdi.
Hər iki model GLC tarixində ən güclü üzvlər oldu.
GLC ailəsinin AMG versiyalarının "giriş" səviyyəsi olaraq xarakterizə edə biləcəyimiz GLC43, gücünü 2.0 litrlik turbo mühərrikdən alacaq. Ümumilikdə 421 at gücü hasil edə bilən yeni model köhnəsi ilə müqayisədə gücünü təxminən 31 at gücü artırıb. Aşağı dövrlərdə işləyən elektrik starter əlavə 13 at gücü təmin edə bilər.
Zəminə Hüseyn
Fins.az