Yaponiyanın məşhur avtomobil istehsalçısı Nissan bu yaxınlarda müxtəlif bazarlarda satış performansını qiymətləndirən bir hesabat açıqladı.
Fins.az xəbər verir ki, "Bloomberg" Intelligence analitiki Tatsuo Yoshida tərəfindən açıqlanan qeydə görə, aprel-iyun dövründə Nissan-ın Yaponiyada pərakəndə satışları küçən illə müqayisədə 19 % artıb.
ABŞ bazarında bu artım nisbəti 33% olaraq qeyd edilib.
Nissan Note, Kicks, Serena və Leaf kimi modelləri əhatə edən təxminən 1,38 milyon avtomobili geri çağırır.
Geri çağırılma ABŞ, Avropa və Yaponiyadakı avtomobillərə təsir edir və avtomobillərin sürət məhdudlaşdırıcısından çıxdıqdan sonra qəfil sürətlənməsi və ya sürərkən mühərriklərin dayanmasına səbəb ola biləcək qısaqapanma kimi müxtəlif məsələləri əhatə edir. Nissan bildirib ki, problemlər səbəbindən heç bir qəza qeydə alınmayıb. Bundan əlavə, Nissan sağ fara lampasında yaranan problemə görə Yaponiyada 6434 Note Aura modelini geri çağıracaq.
Geri çağırma proqramının təsirinə məruz qalan müştərilər Nissan tərəfindən xəbərdar ediləcək və avtomobillərini xidmət üçün götürmələri xahiş olunacaq.
Zəminə Hüseyn
Fins.az