AVTO

15 İyul

Aston Martin-in 110 illik yubileyi üçün xüsusi model: Valour

Britaniya istehsalçısının 110 illik yubileyini təmsil edəcək “Valour” bizə “ənənəvi” anlayışını bir daha xatırladacaq.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, əl sürət qutusu ilə sürmə həzzini iki qat artıracaq Valour, 715 at gücü və 753 Nm fırlanma anı hasil edə bilən 5,2 litrlik iki turbo V12 mühərrikdən istifadə edilir.

Bu səbəbdən Valor həm də dünyada V12-ni öndə daşıyan və mexaniki transmissiyaya malik yeganə avtomobildir.

110 model istehsal olunacaq və istifadəçilər tərəfindən fərdiləşdirilə bilər. Modelin qiyməti hələ açıqlanmayıb.