AVTO

14 İyul

Caterham şirkətinin Project V modeli

Caterham dedikdə, lisenziya ilə buraxılan Lotus Seven modeli göz önünə gəlir.

Fins.az xəbər verir ki, Caterham əfsanəvi Seven modelinin müxtəlif növlərini istehsal edir və vaxtaşırı olaraq onların yenilənməsini (bəzən olduqca ciddi) həyata keçirir. 

Caterham əvvəllər də "gündəlik idman avtomobili" yaratmağa cəhd göstərib. Hələ 1994-cü ildə Caterham 21 rodsteri buraxılıb: bu, Seven şassinə əsaslanan, qapıları, tam ölçülü interyeri və müasir kuzovu olan bir avtomobil idi. Ancaq beş il ərzində rodster cəmi 48 nüsxəlik tirajla buraxılıb.

Qarşıda sınaq və təkmilləşdirmələrin uzun bir mərhələsi var. Caterham şirkəti Project V elektromobilinin kütləvi istehsalına 2025-ci ilin sonuna qədər başlamağı planlaşdırır. Belə bir kupenin qiyməti 80.000 funt sterlinqdən aşağı olmalıdır. Paralel olaraq, daha ucuz başa gələcək Caterham EV Seven elektrokarı da hazırlanır.