Hyundai Ioniq 5 N təqdim edildi. Cənubi Koreya istehsalçısının “N” loqosu ilə ilk elektrik modeli olan model diqqət çəkməyi bacarır.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Hyundai, istehsaldan sonra texniki məlumatlarda cüzi dəyişiklik ola biləcəyini vurğulayıb.
Bununla belə, avtomobildəki N Grin Boost funksiyası ilə siz 10 saniyə ərzində ümumi gücü 650 at gücünə və 770 Nm fırlanma anına qədər artıra biləcəksiniz.
Deyək ki, N Grin Boost 0-100 km/saat sürətlənməyə 0,1 saniyə təsir edir. Standart vəziyyətində bu sürətlənməni 3,5 saniyəyə tamamlayan model gücləndirmə funksiyası ilə 0-100 km/saat sürətlənməni 3,4 saniyəyə tamamlaya biləcək. Avtomobilin maksimal sürəti 260 km/saat olaraq müəyyən edilib.