AVTO

12 İyul

Çində narıncı dekorasiyası olan üç cərgəli Ford Equator krossoverin satışına başlanılıb

Eksteryer və interyerin əsas rəngləri tünd çalarlardır, antixrom paketi də var, narıncı əlavələr isə, Orange Edition xüsusi versiyasına aiddir. Texniki hissə dəyişdirilməyib, yenilik 2 + 2 + 3 və ya 2 + 3 + 2 interyer konfiqurasiyası ilə təklif olunur. Qiymətlər 200 min yuandan (47 min manat) başlayır.

Fins.az xəbər verir ki, Ford Equator Çin bazarına 2,5 il əvvəl daxil olub və artıq xüsusi versiya buraxaraq modelə marağı artırmağın vaxtı gəlib çatıb. Jiangling Ford bölməsi bunu az vəsait hesabına etmək qərarına gəlib: Orange Edition paketini alarkən vergilər subsidiyalaşdırılır, dekorasiya üçün marja isə kiçikdır.

Ford Equator 2,0-litrlik benzin turbomühərriki (224 at qüvvəsi, 360 Nm) və 6-pilləli preselektiv “robotu” qoruyub saxlayıb, ötürmə isə ön oxdadır. Krossover çoxqollu arxa asqıya malikdir, lakin Çində arxa oxu qoşma muftası olan sxem “böyük” Explorer modelinin imtiyazıdır.
 
Ford Equator modelinin baza versiyasının Çindəki satış qiyməti 174.000 yuandan (40.000 manat) başlayır, zəngin təchizatlı versiyaların qiyməti isə 222.000 yuandır (52.000 manat). Orange Edition versiyası isə maksimal opsiyalar dəstinə malik olan adi krossoverlə eynidir. Alıcılar ikinci cərgədə divan və ya ayrıca “kapitan” kresloları arasında seçim edə bilərlər.